Güclü külək təbiətə və vətəndaşlara ziyan vurub

  • 06.08.2019
  • 0

Ötən gün müşahidə olunangüclü külək təbiətə və vətəndaşlara ziyan vurub.

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ''Xəzər xəbər''ə bildirib ki,külək nəticəsində Paytaxtın müxtəlif rayonlarında 60-a yaxın ağac və ağac budağı qırılıb. Onun sözlərinə görə,hazırda müraciət edənlərin problemlərinin 90%-i aradan qaldırılıb.

Bakıda ağac və ya ağac budaqlarının aşması nəticəsində təxminən 8 avtomobilə zərər dəyib.

Güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı Fövqəladə Hallar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

ESS

Belə ki, Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər.

Bununla yanaşı,Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər tdəmir şiferi kəsib kənarlaşdırıblar. Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq problemi aradan qaldırıblar.

Nə düşünürsən?