Daha bir ağır yol qəzası: ölənlər var

  • 06.08.2019
  • 0

Güclü küləyin avtomobili aşırması ölümlə nəticələnib...

Ağır qəza ötən gecə Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında baş verib. Qadın sürücü güclü külək səbəbindən idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişin, sürücünün anası 68 yaşlı Gülyaz Qasımova ağır xəsarətlər alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İmişlidə isə ekskavator su kanalına aşıb. Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Telişli kəndindən keçən hissəsində baş verib. Kənd sakini, 35 yaşlı Zamin Cavadlı idarə etdiyi ekskavatorla hərəkətdə olarkən sükana nəzarəti itirib və texnika yoldan çıxaraq su kanalına aşıb.

Sürücü suda boğularaq dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?