Bakıda bayram yarmarkaları təşkil olunacaq

  • 06.08.2019
  • 0

Qurban bayramı münasibətlə,avqustun 12-13-də Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Vətəndaşlar ayın 10-a kimi "Kənddən Şəhərə" saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Bu yerlər Qida Təhlükəsizliyi Agentliyinin kəsim üçün ayırdığı ünvanlarla eynidir. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır.

Bu arada Qida Təhlükəsizliyi Agentliyi xüsusi ayrılmış kəsim məntəqələrində qurban kəsmək istəyən vətəndaşların ödəyəcəyi vəsaitin hansı qaydada həyata keçiriləcəyi bəlli olub.Qurumun mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə burda əsas iş yerli icra qurumlarının üzərinə düşür.

Bundan başqa Qida Təhlükəsizliyi Agentliyinin bütün kəsim məntəqələrində fəaliyyət göstərəcək labaratoriyalar vətəndaşlara pulsuz xidmət göstərəcəklər. İstənilən vətəndaş qurban ətlərini burda yoxlatdırıb onun nə dərəcədə yararlı olmasını müəyyən edə bilərlər.

Nə düşünürsən?