AZAL təyyarəsinin tualetindən 18 ədəd “iPhone” tapıldı

06.08.2019 | 576 | 0

"Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone” markalı mobil telefon tapılıb. 

Sfera.az-ın Baku.ws-ə istinadən məlumatına görə, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. 

Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone”ların ora yerləşdirilməsi məlum olub.

Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.

"Azərbaycan Hava Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.

Nə düşünürsən?
Yüklənir...