Spirtli içki istehsal olunan zavod yandı

  • 06.08.2019
  • 0

Göyçayda spirtli içki istehsal olunan müəssisədə yanğın baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yalman kəndində qeydə alınıb. 

Köhnə konyak zavodunun yerində fəaliyyət göstərən müəssisədə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

Ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsul saxlama anbarının  300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb. Yanğının səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?