FHN Mətbuat xidmətinin məlumatı

  • 06.08.2019
  • 0

05 avqust 2019-cu il saat 11:41-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantılarının yanması barədə məlumat daxil olub.

Saat 11:46-dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə çatıb, “2 saylı çağırış” elan edilib. Güclü küləyə baxmayaraq, yanğın saat 13:32 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 15.02-də  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nə düşünürsən?