BİO 2019-un mətbuat konfransı keçirildi

  • 05.08.2019
  • 0

"İnformatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisədir."

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı ADA Universitetində keçirilən mətbuat konfransında qeyd etdi.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.

Konfransda çıxış edən ADA Universitetinin rektoru və BİO 2019-un fəxri həmsədri Hafiz Paşayev olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verdi.

Olimpiadanın açılış mərasimi bu gün 15:30-da Bakı Konqres Mərkəzində baş tutacaq

Nə düşünürsən?