ADY gücləndirilmiş iş rejiminə keçir

  • 05.08.2019
  • 0

Qurban bayramı ilə əlaqədar Azərbaycan Dəmiryolları QSC-i gücləndirilmiş iş rejiminə keçir.


Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.


Azərbaycan Dəmiryolları QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirdi ki, biletləri onlayn formada və bakı sərnişin stansiyasının kassalarından əldə edə bilərlər.


Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.


Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar avqustun 13-nə qədər ADY-ı gücləndirilmiş iş rejimində çalışacaq.

Nə düşünürsən?