Magistrala çıxan piyada xəstəxanalıq oldu

  • 05.08.2019
  • 0

Hacıqabulda avtomobil piyadanı vurub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 5-də səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"VAZ 21099" markalı avtomobil yolu keçmək istəyən Hacıqabul rayonu Nəvahi kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Kənan Azadxan oğlunu vurub. 

Piyada ağır kəllə-beyin və çoxsaylı sınıqlarla Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?