İki ölkə müharibə astanasında: insanlar ərazini tərk edir

  • 05.08.2019
  • 0

Hindistan və Pakistan sərhədində gərginlik gün keçdikcə böyüyür və savaş təhlükəsi artır.

Axar.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Qəzetin yaydığı xəbərə görə, Pakistan polisi Hindistan hərbçilərinin mülki şəxsləri atəşə tutduğunu və bir qadının yaralandığını açıqlayıb.

Polis Kəşmir böhranının mülki insanlarda böyük qorxu və təşviş yaratdığını bildirib.

"Sərhədə yaxın ərazidə yaşayan pakistanlıların bir qismi hadisədən sonra evlərini tərk edib, bir qismi isə sığınacaqlarda gizlənib", - polisdən bildirilib.

Qeyd edək ki, Pakistanın Baş naziri İmran Xan ABŞ Prezidenti Donald Trampı Hindistanla mübahisəli Kəşmir regionu ilə bağlı aparılan danışıqlarda vasitəçi olmağa çağırıb. O, Hindistanın artıq aqressiya nümayiş etdirdiyini bildirib.

Nə düşünürsən?