Bu yolda sürücüləri digər sürücülərdən narazıdır

  • 04.08.2019
  • 0

Bu yolda sürücüləri digərsürücülərdən narazıdır...

Söhbət Yeni Ələt-Astara magistral yolunun cənub bölgəsindən keçən hissəsindən gedir. Sürücülərin sürət həddini aşmasına daha çox magistralın Biləsuvar və Astara rayonları arasındakı ərazilərində rast gəlinir. Bu ərazidə sürət həddi 120 km/saatolsada amma buna bəzi sürücülər əməl etmir... Buna səbəb yolda radarın olmamasıdır.

Hətta təcili tibbi yardım avtomobillərinin sürücüləri də bu vəziyyətdən narazıdır...

Magistralda sürücülər tərəfindən sürət həddinin aşılması yol kənarlarında müxtəlif təmir işləri aparan şəxslərin həyatı üçün də təhlükə riskini artırır.

Qeyd edək ki, sözügedən yolun Masallı rayonundan keçən hissəsində bir müddət əvvəl 8 nəfərin ölümünə səbəb olan avtoqəza məhz yüksək sürət səbəbindən baş vermişdi.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin Masallı rayonunda yerləşən 11-ci tağımından bildirildi ki, keçən il istifadəyə verilmiş yeni magistral yolda elektrik təchizatı olmadığı üçün yol boyu stasionar radarların, eləcə də işıqlandırma sisteminin quraşdırılması yubanır. Qarşıdakı aylarda isə bu çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulub.

Nə düşünürsən?