Sosial sahəyə ayrılan vəsait artacaq

  • 04.08.2019
  • 0

Ötən il qarşıya qoyulan hədəflər bu ilin ilk 6 ayı ərzində artıq öz nəticələrini verdi. Qeyri neft sənayesində və kənd təsərrüfatında nəticələr 10 faizdən yuxarı oldu.

Əslində isə müxtəlif sahələrdə baş verən artımların əsas bir məqsədi var. Genişlənən maliyyə imkanlarının insanların sosial rifahına yönəldilməsi. Bu özünü bir ildə iki dəfə sosial paket halında artırılan maaş və müavinətlərdə də göstərdi .

Təsadüfi deyil ki, birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlırinin artırılması, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manatın yönəldilməsini nəzərdə tutub və icra olunub.İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1 dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşıın 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub. Bütün bunların icrasına əlavə olaraq dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər ayrılır.

Minimal pensiyanin 72 faiz artırılmasına görə, Azərbaycan minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB də ikinci sırada qərarlaşıb.

Ancaq həyata keçirilən tədbirlər kampaniya xarakterli yox daimidir. Məşğulluq proqramı çərçivəsində bu il 10 min ailənin müxtəlif sahələrdə biznesə başlaması təmin olunacaq. DOST mərkəzlərinin əhatə dairəsinin sürətlə artırılması sosial sahədə həyata keçirilən islahatların daha effektiv tətbiqini təmin edəcək. Belə ki, yaxın vaxtlarda paytaxtda əhalisini 80 faizi bu xidmətlə əhatə olunacaq.

Nə düşünürsən?