Maşın bazarında son vəziyyət

  • 04.08.2019
  • 0

Maşın çox alan yox.Bura regionun ən böyük maşın bazarlarından biri olanBərdənin avtomobil bazarıdır.Həftədə iki dəfə satış həyata keçirilən bazardasatan çoxdualan yox.

Son günlər bazarda qiymətlərdə artım var.Qiymətin bahalaşması bazarda alıcılıq qabiliyyətinə təsir göstərib.

Bazarda daha cox təlabat sovet istesalı olmaqla bərabər buraxılış ili köhnə olanavtomobilərədi.

Satıcılar bildirirlər ki, şəhər yerlərindən fərqli olaraqrayonlarda xarici maşınlara təlabar azdı.Kənd yerlərində xarici maşınları işlətməkçətin olduğundan alanda azdır

Gəncənin maşın bazarında da sözün əsl mənasında durğunluq hökm sürür. Yayın gəlişindən bəri satışa maşın çıxaranlar da azalıb, maşın almaq üçün gələnlər də. Bunun səbəbi isə müxtəlif cür izah olunur.

Maşın almaq üçün gələnlər isə deyir ki, bazarda ticarətin zəifləməsinin səbəbkarı satıcılardır. Alıcılar həmişəki kimi qiymətlərin real göstəricilərə uyğun gəlmədiyini deyirlər.

Ümimilikdə isə bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin alınıb-satılması müşahidə olunur. Bunun səbəbi isə qiymətlərin xarici maşınlarla müqayisədə daha əlçatan olmasıdır.

Nə düşünürsən?