Diqqət! Avqust ayında hava necə olacaq?

  • 04.08.2019
  • 0

Avqustun ilk on günlüyü Bakıda və Abşeron yarımadasında hava mülayim keçəcək. Temperatur iqlim normasına uyğun olsa da ayın ilk 10 günlüyündə güclü külək gözlənilir.

Havaların küləkli keçməsi dəniz mövsümündə insanların istirahət etməsinə mane olur. Paytaxt sakinləri güclü küləklərə görə dənizə gedə bilmədiklərini bildirirlər.

Rayonlarda isə avqustun ilk on günlüyündə havanın sərin olacağı hətta yağış yağacağı gözlənilir.

Onu da qeyd edək ki, ekspertlər küləkli havada vətəndaşlara dənizə girməməyi, xüsusilə belə havalarda insanların bo[ulma ehtimalının yüksək olduğunu bildirirlər.

Nə düşünürsən?