Azərbaycanda Dəhşət! : Qadın müəllim rüsvayçı materiallarla şantaj edildi..

  • 04.08.2019
  • 0

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Səyyar Tv teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Yaqub Zalovun ərizəsi elan olunub. Yaqub Zalov ərizəsində göstərib ki, hazırda kasasiya şikayətinə baxılmasını istəmir. Bu səbəbdən o, kasasiya şikayətinin baxışdan çıxarılmasını və geri qaytarılmasını xahiş edib. Hakim heyəti onun xahişini nəzərə alıb və kasasiya şikayəti baxılmamış saxlanılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər. Növbəti proses fevralın 11-də davam edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb. Yaqub Zalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bundan sonra o, kasasiya şikayəti verib. İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb. Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələri ilə ittiham elan edilib. Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir. __________________________________________________________________ Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz. Whatsapp: +994 55 699 34 20 ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?