DYP rəisinin qardaşı oğlunun öldüyü qəzanın kadrları yayıldı

  • 03.08.2019
  • 0

Bakıda DYP-nin bölmə rəisinin qardaşı oğlunun öldüyü yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Xatırladaq ki, avqustun 2-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza olub. İki minik maşını avtobusla toqquşub.

Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş vermiş qəza nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.

Onu da əlavə edək ki, Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Hadisə zamanı 2 nəfər xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına aparəlmışdı.

Nə düşünürsən?