Gülay: "Evimdə gül pulu saxlayıram"

  • 03.08.2019
  • 0

"Evimdə pul gülü saxlayıram. Onun ləçəkləri qəpik formasındadır. Ona baxdıqca, qəpik gəlirdi. Dibinə qəpik də basdırmışdım. İnancım var belə".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib. "Bir axşam" verilişinə qonaq olan sənətçi sualları cavablandırıb. 

Gülay aparıcının "Xalq artisti nazpəri Dostəliyeva açıqlama vermişdi ki, ictimai nəqliyyat məşhurlar üçün deyil. Sən necə, çıxıb gəzirsən, ictimai nəqliyyata minirsən" sualına belə cavab verib:

"Axşamlar qızımla gedib parkda gəzirəm. Övladım küçəyə çıxmaq istəyəndə, demirəm ki, qızım, gözlə, bəzənim, saçımı düzəldim. Rahat geyinirəm, çıxıb gəzirəm. Kompleksim yoxdur".

Nə düşünürsən?