Suya elektrik cərəyanı verdilər – Yüzlərlə karp havaya uçdu

  • 03.08.2019
  • 0

Bir neçə yüz Asiya karp balığı suya elektrik cərəyanı verilməsi səbəbindən eyni vaxtda sudan tullanıb.


Hadisə ABŞ-ın Kentukki ştatının Barkli su anbarı yaxınlığında baş verib.


Bu, bədbəxt hadisə nəticəsində deyil, ABŞ-ın Balıq Resursları və Vəhşi Təbiət Xidməti əməkdaşlarının məqsədyönlü hərəkəti nəticəsinə baş verib.


Belə ki, onlar elektofişinqdən istifadə etməklə balıqları saymaq, onları tutmaq və başqa su hövzəsinə köçürmək istəyiblər. Balıqlar ziyan çəkməyiblər.


Qeyd olunur ki, Asiya karp balığı sürətlə çoxalan və Amerika su hövzələrində digər canlıları sıxışdırıb çıxaran balıq növüdür.

Nə düşünürsən?