Motosikllə uçmaq artıq xəyal deyil - Sifarişlərin qəbulu başladı

03.08.2019 | 2 | 0

Tokioda yerləşən "ALI Technologies Inc.” startap şirkəti uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayır.

"Jiji Press" agentliyi xəbər verir ki, pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan bu startap şirkəti payızda keçiriləcək "Tokyo Motor Show” avtomobil sərgisində həmin məhsulunu nümayiş etdirməyi planlaşdırır.

Yeni texnologiyaların istifadə edildiyi həmin aparat əsasən, imkanlı əcnəbilər üçün nəzərdə tutulur. İlkin sifarişlər əsasında təqribən 100-dək motosiklin satışı nəzərdə tutulur. Təqribən yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır./publika.az


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Yüklənir...