MiQ-29 qırıcı bombardmançı təyyarəsi

  • 03.08.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

MiQ-29 qırıcı-bombardmançı təyyarəmiz 11 il sonra ikinci dəfə Xəzər dənizinə düşdü


2019-cu il iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və qırıcımız radarlardan itib. Məlum olub ki, pilotu polkovnik-leytenant Rəşad Atakişiyev olan döyüş təyyarəmiz aviasiya qəzası nəticəsində Xəzər dənizinə düşüb.


Bu MİQ-29-un ölkəmizdə sayca ikinci qəzasıdır. İlk qəza isə 11 il əvvəl – 29 yanvar 2008-ci ildə təlim uçuşu zamanı baş vermişdir. Həmin qəza nəticəsində təyyarəni idarə edən hər iki pilotumuz – polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olmuşdular. Təyyarənin qalıqlarını və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən çıxarmaq mümkün olsa da, digər pilot Fəxrəddin Əsgərovun meyitini tapmaq mümkün olmamışdır.


MİQ-29 Su-27 ilə birlikdə ABŞ istehsalı olan F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə SSRİ-də hazırlanıb. Qeyd edim ki, iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi olan MiQ-29 ilk uçuşunu 6 oktyabr 1977-ci ildə edib. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib. NATO təsnifatına görə “Fulcrum” adlandırılır.


Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib. Onun çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub. Bunlardan ən müasiri isə MiQ-35 hesab edilir.

 

230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malik olan MiQ-29 qırıcı-bombardmançı təyyarəsinin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürəti 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 dəfə atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə UR-60 və R-27 tipli raketlərlə təchiz edilib.


SSRİ-nin dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri daxil olmaqla, bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Qiyməti 22 milyon dollar olan MiQ-29 kifayət qədər məşhur ixrac təyyarəsi hesab edilir. İndiyə qədər istehsal olunmuş MiQ-29-ların sayı 1600-dən çoxdur.

 

Gördüyünüz bu xəritədə göy rəng ilə qeyd olunan ölkələrin silahlı qüvvələrində hazırda MiQ-29-lar var. Qırmızı rəng ilə göstərilən ölkələrdə isə əvvəllər MiQ-29 var idi.

 

Bu qırıcı-bombardmançı təyyarənin ilk xarici müştərisi Hindistan olub. 1980-ci ildə SSRİ ilə imzalanan müqaviləyə əsasən, Hindistan HHQ-nə 50 ədəd MiQ-29 qırıcısı verilmişdir.


Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edən MiQ-29 döyüş təyyarələri 2011-ci ilə qədər hərbi-texniki sahədə əsas tərəfdaşımız olan Ukraynadan alınıb.


Musiqi: The New King NEW 3:10 Quincas Moreira Sinematik | Dramatik

Foto: https://commons.wikimedia.org

Nə düşünürsən?