Sərxoş piyada öldü

  • 03.08.2019
  • 0

Hacıqabulda avtomobilin vurduğu sərxoş piyada xəstəxanada ölüb.

Hadisə gecə saatlarında baş verib.

"Hyundai" markalı avtomobil Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Kazımov Elman Camal oğlunu vurub. Piyada ağır xəsarətlərlə şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?