ABŞ Rusiya ilə sazişdən imtina etdi

  • 02.08.2019
  • 0

32 illik raket müqaviləsinə xitam verildi

32 il əvvəl 1987-ci il dekabrın 8-də ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması müqaviləsi qüvvədən düşdü.

Müqaviləyə xitam verildiyini hər iki ölkə rəsmən açıqlayıb

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı “Twitter”də şərh yazıb:

“Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.

Rusiyanın Xarici İşlər Nazirliyi də Müqavilənin ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb və məsələ ilə bağlı bəyanat verib.

"Vaşinqton çox ciddi bir səhv etdi. ABŞ dezinformasiyaya əsaslanan bir təbliğat kampaniyası apararaq müqavilə ilə bağlı böhran yaratdı. Səbəbi məlum idi: ABŞ sözügedən müqavilənin qoyduğu məhdudiyyətlərdən xilas olmaq istəyirdi", - bəyanatda qeyd edilib.

İki ölkə arasında mövcud vəziyyəti şərh edən politoloq Arzu Nağıyev bildirib ki, ABŞ və Rusiya arasındakı müqavilənin pozulması regionda və dünyada təhlükəsizliyə ciddi təsir göstərə bilər.

Politoloq Tofiq Abbasovun fikrincə, ABŞ və Rusiya arasında müqavilənin qüvvədən düşməsindən sonra, tərəflərdən biri raketlərdən istifadə edərsə, bu müharibəni qaçılmaz edə bilər.

Nə düşünürsən?