Sürücülərə sevindirici xəbər!

  • 02.08.2019
  • 0

Yol bağlanaraq qazıntı işləri aparılır.

İşçi heyəti və iri texnikalar 24 saat fasiləsiz işləyir.

Görüntülər Pirşağı-Bilgər avtomobil yolundandır. Həmin yolun dəmiryolu xətti ilə kəsişən hissəsində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tunel inşa edilir. Bu yoldan hərəkət edən avtomobillər birbaşa dəmiryolu xəttindən keçmədən tikiləcək tunel vasitəsi ilə təhlükəsiz şəkildə yollarına davam edəcəklər. Artıq həmin yolda tikinti olan hissədən başlayaraq avtomobillərin hərəkəti tam şəkildə məhdudlaşdırılıb. Tunelin uzunluğu 1000 metrə yaxın olacaq

Azərbaycan Dəmir Yollarının İnfrastruktur departamentinin rəisi Füzuli Quliyev deyir ki, Sabunçu rayonunda iki yerdə, həmçinin Zabrat, Kürdəxanı və Məmmədli qəsəbələrində tunellərin tikintisi yekunlaşıb. Keşlə, Zabrat, Pirşağı və Fatmayıda olan kəsişmələrdə isə tikinti işləri sürətlə davam edir. Füzuli Quliyevin sözlərinə görə, tunellərin tikintisində əsas məqsəd kəsişmələrdəki təhlükəsizliyi maksimum təmin etməkdir

Füzuli Quliyev hazırda tikintisi planlaşdırılan keçidlər haqqında da danışıb. Onun sözlərinə görə, artıq bəzi kəsişmələrdə də tunellərin layihələndirilməsi işləri aparılır

Bu arada dəmir yolu stansiyalarında və sərnişin dayanacaqlarında ümumilikdə 24 piyada keçidi də tikilir.

Nə düşünürsən?