Qeyri-neft ixracı daha da artacaq

  • 02.08.2019
  • 0

Prezident İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Azərbaycanın yarım il ərzində qarşıya qoyulan hədəflərə çatdığı sadalanan statistik rəqəmlərdə də öz əksini tapdı. Bu isə təsadufi deyildi. Çünki, son 6 ayda Azərbaycanda sosial-iqtisadi sahədə atılan addımlar 4 milyon vətəndaşın maddi durumuna birbaşa müsbət təsir göstərib.

Həyata keçirilən islahatlar nəticəsindəən çox artımın qeyd olunduğu sahə qeyri-neft sektorudur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin departament müdiri Nicat Hacızadə bildirir ki, qeyri-neft sənayesində artımlar ilin ikinci yarısında daha da artacaq. Belə olduğu halda son 6 ayda 3.2 faiz artan qeyri-neft ixracında gələn dövrdə daha böyük rəqəmləri müşahidə etmək mümkün olacaq.

Ticarət dövriyyəsində artım isə 20 faizdən çoxdur. Qeyri-neft ixracımız isə 15 faiz artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faiz olsa da əhalinin gəlirləri isə 6,6 faiz artıb. Nicat Hacızadə bildirir ki, iqtisadiyyatda artımların qeydə alınması Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da möhkəmlənməsinə səbəb olacaq. Bu isə gələcəkdə Azərbaycana daha böyük xarici investisiya axını deməkdir.

Ötən dövr ərzində iki dəfə sosial paket halında maaş və müavinətlərin yüksəldilməsi isə təkcə biznes dairələrinin deyil, sadə vətəndaşların da maliyyə durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Bu isə o deməkdir, həyata keçirilən iqtisadi siyasət Azərbaycan ən aşağı təbəqədən biznes subyektlərinə qədər hər kəsin mənafelərini nəzərə alır.

Nə düşünürsən?