Bakıda lombarda basqın edildi

  • 02.08.2019
  • 0

Bir neçə gün əvvəl özünü Su idarəsinini işçisi kimi təqdim edib lombarda basqın edən şəxslər saxlanılıb.

Hadisə bir neçə gün əvvəl paytaxtın Xətai rayonu Babək porspekti 76 ünvanında baş vermiş, həmin vaxt hadisəni törədənlər lombard sahibi 62 yaşlı Leyla Əliyevaya da fiziki təziq göstərmişdilər. Faktla bağlı məlumat daxil olan kimi Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər - Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər. Qeyd edək ki, hadisə zamanı Nəbi Əhmədov və Ceyhun Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.

Nə düşünürsən?