Bilgəh çimərliyində iyrənc mənzərə

  • 02.08.2019
  • 0

Ötən illərə nisbətən bu mövsüm Bakı və Abşeron çimərliklərində çirklənmə çoxdur.

Baku.ws məlumat verir ki, Bilgəh sanatoriyasının qarşısında çimərliyə gələnlər ətrafı zibilləyiblər. Baxmayaraq ki, əraziyə zibil qutuları qoyulub, bura gələnlər əllərinə gələnləri hara gəldi atırlar.

Bilgəh çimərliyindən çəkilən iyrənc mənzərəni təqdim edirik.

Qeyd edək ki, bu il çimərliklərdə dəniz suyunun də çirklənməsi barədə rəsmi məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər.

Nəticələrə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir. 

Nə düşünürsən?