Azərbaycanda şok olay: Əri arvadını başqa kişi ilə tutdu və...

  • 01.08.2019
  • 0

Hadisə Beyləqan rayonunun Birinci Şahsevən kəndində baş verib.

Kənd sakinləri Gündüz Baxşəliyev və 25 yaşlı Nuranə Həsənova intihar ediblər.

Gündüz Baxşəliyev bağban, Nuranə Həsənova isə kəndin uşaq bağçasında aşpaz işləyib.

N.Həsənova əri tərəfindən bağçanın gözətçisi, Füzuli rayonu Əhmədbəyli kənd sakini G.Baxşəliyevlə birlikdə yataqda tutulub. 

Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. 

Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.

Hadisədən sonra qadının əri Rahib Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi Emni Elyarovla intim münasibətinin olduğunu öyrənib. 

Bu səbəbdən sözügedən şəxslər arasında mübahisə olub. Mübahisə zəminində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.

E.Elyarov xəstəxanaya çatdırılıb.

R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Faktla bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Beyləqan rayon İcra Hakimiyyətindən isə Oxu.Az-a bildiriblər ki, hadisə iyulun 22-də baş verib:

“Əvvəlcə rayonun Şahsevən kənd sakini 25 yaşlı Nuranə Həsənova intihar edib. 

Hadisədən üç gün sonra isə N.Həsənovun iş yoldaşı və qonşusu Gündüz Baxşəliyev Füzuli rayonu Əhmədbəyli kəndinə gedərək intihar edib.

Bu hadisədən bir gün sonra N.Həsənovun həyat yoldaşı Rahib Həsənov rayon sakini Emin Elyarovu bazar adlanan ərazinin yaxınlığında bıçaqlayıb. 

Bir neçə bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib. 

Rahib Həsənov saxlanılıb”.

Nə düşünürsən?