Sabirabadda ağır qəza: Ölən var

  • 01.08.2019
  • 0

Minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.

Ağır qəza Beyləqanın Mil qəsəbəsində baş verib. Vahid Abbasovun idarə etdiyi minik avtomobili başqa bir minik maşını ilə toqquşub. Sürücü Vahid Abbasov dünyasını dəyişib. Digər sürücü və 2 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sabirabadda da minik avtomobillərinin toquşması ölümlə nəticələnib. Hadisə Hacıqabul-Horadiz avtomobil yolunun Bulaqlı kəndindən keçən hissəsində baş verib. Yol kənarındakı restoranda bağban işləyən Saatlı sakini, 60 yaşlı Fərzəli Fərzəliyev idarə etdiyi minik avtombili ilə magistral yola çıxmaq istəyərkən nəqliyyat vasitəsi hərəkətdə olan digər minik avtomobilinə çırpılıb.Fərzəli Fərzəliyev hadisə yerindədünyasını dəyişib...

Neftçalada isə motosiklet hasara çırpılıb. Hadisə rayonun Bankə qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Rəşad Hüseynovun idarə etdiyi motosiklet yoldan çıxaraq divara çırpılıb. Ağır xəsarətlər alan Rəşad Hüseynov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Nə düşünürsən?