Balakən sakinindən narkotik və odlu silah götürülüb

  • 01.08.2019
  • 0

Balakən sakinindən narkotik və odlu silah götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən 37 yaşlı Seymur Quliyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın olan 95 ədəd çətənə kolu aşkar edilib.

Seymur Quliyevin yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, 27 min dollar pul, eləcə də 2 ədəd silah və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.

Zaqatalada isə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb. Keçirilən əməliyyat tədbiri zamanı Aşağı Tala kənd sakinləri 36 yaşlı Süleyman Qurbanov, 27 yaşlı Kənan Qurbanov və 28 yaşlı Səxavət Hümbətovun kəndin ərazisində narkotik tərkibli çətənə bitkisi əkib becərdikləri müəyyən edilib. Onların hər üçü saxlanılıb. Ərazidən də43 ədəd çətənə kolu götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?