Azərbaycanlı məşhurun suda boğulan oğlu haqqında bilmədikləriniz

01.08.2019 | 19 | 0

Xəbər verdiyimiz kimi 17 gün öncə Musavat partiyasının üzvü Laləzar Məmmədlinin oğlu 32 yaşlı oğlu İlham Məmmədli dənizdə boğularaq ölüb. İlham ailə üzvləri ilə birgə Bilgəyə bağa gedib. Bağdan qohumu ilə birgə dənizə giriblər.Hadisənin şahidləri bildirir ki, İlham boğulan qohumunu xilas etmək üçün dərinə gedib. Qohumunu xilas edib, amma özü suda batıb. 


BiG.AZ xəbər verir ki, 2 ay öncə 32 yaşlı tamam olan İlham Məmmədli evli olub. 


Qeyd edək ki, 3 yaşında bir oğlu var. Bundan əlavə həyat yoldaşı ikinci övladına hamilə olub. 


İlham Məmmədlinin ailəsi ilə fotolarını oxucularımıza təqdim edirik:

Nə düşünürsən?
Yüklənir...