Gecə saatlarında subartezian quyuları qazılır

  • 01.08.2019
  • 0

Gecə saatlarında subartezian quyuları qazılır.

Görüntülər Ağdamdandır. Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində subartezian quyularının qazılması və təmiri gecə saatlarında həyata keçirilir. Buna səbəb isə ərazinin təmas xəttinə yaxın olması və gündüz iş görən şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasıdır. Gündüzdən bütün hazırlıqlar görülür və gecə saatlarında mexanizatorlar işlərə başlayır.

Mexanizatorların sözlərinə görə, ərazidə işləyərkən bunu erməni hərbçlərinə hiss etdirməməyə çalışsalar da, dəfələrlə atəşə məruz qalıblar. Lakin xoşbəxtlikdən gülələr onlara yox, dəmir parçalarına dəyib. Sakinlər də bildirir ki, ermənistan silahlı qüvvələrinin atəşinə məruz qaldıqları üçün suvarma işlərini də gecə yerinə yetirməli olurlar.

Hazırda Ağdam rayopnunda 43 ədəd subartezan quyusu qazılır. Onlardan 35-i istifadəyə verilib, 7 quyuda isə son tamamlama işləri aparılır.

Nə düşünürsən?