Özünüməşğulluq proqramı davam etdirilir

  • 31.07.2019
  • 0

2019-ci il üzrə özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb...

Görüntülər Tərtərdəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayondakı bir neçə ailəyə iribuynuzlu heyvan verilib.

Özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır. Özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan vətəndaşlar seçilərək proqram üzrə təlimlərə də cəlb olunub. Təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunub və kiçik ailə bizneslərinin yaradılması üçün köməklik edilib.

Biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Özünüməşğulluq proqramının icrası digər rayonlarda da davam etdirilir.

Nə düşünürsən?