Xarici səfərlərdə var lakin daxil turlarda yoxdur

  • 31.07.2019
  • 0

Müşahidələr göstərir ki, ölkədaxili səfər sığortasına maraq kəskin azalıb. Üstəlik 1-2 manat qiyməti olan bu səyahət sığortasını heç şirkətlərin özləri təklif etməkdə maraqlı deyil. Baxmayaraq ki, il ərzində təxminən 1 milyon insanregionlara səfər edərək istirahət edir. Mütəxəssislər xarici turlarda olduğu kimi daxili səfərlərdə də turistlərin sığortalanmasını vacib hesab edirlər

Xarici səfərlərdə var lakin daxil turlarda yoxdur.

Araşdırmalar göstərir ki,daxili səfərlər zamanı yerli turistlərin sığortalanması əksər hallarda həyata keçirilmir.Baxmayaraq ki,aktiv istirahət edənlər, ovçuluq, ekstrim səyahətə üstünlük verənlərin

xəsarət alma ehtimalları yüksəkdir. Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, sığorta agentlikləri daxili səfərlər zamanı səfər sığorta paketləri təqdim etməkdə elə də maraqlı olmurlar

Ekspert deyir ki, xarici turlarda isə vəziyyət fərqlidir. Avropa ölkələrinə səyyahət edən turistlər birmənalı olaraq sığortalanır. Bu həmin ölkələr tərəfindən turistlərin qarşısına qoyulan birbaşa tələbdir.

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov isəregionlara səfər edən şəxslərin bədbəxt hadisələrdən sığortalanmasının vacibliyini vurğulayır.

Turizmçiləril ərzindəregionlara 800 mindən çox insanın üz tutduğunu deyir.

Nə düşünürsən?