"MİQ-29"un axtarışları davam edir

  • 31.07.2019
  • 0

Türkiyə axtarışlar üçün 10 nəfərlik heyət göndərib

İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər İstanbuldan Azərbaycana yola düşüblər. 

REAL “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Heyətə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar MiQ-29 təyyarəsinin və pilotun axtarışlarında iştirak edəcəklər.

Nə düşünürsən?