"Çelsi" 39 yaşlı qapıçısı barədə video hazırladı: Bir dəfə də oyuna çıxmayıb

  • 31.07.2019
  • 0

"Çelsi" klubunun rəsmi "Tvitter" səhifəsində qapıçısı Robert Qrin haqda videoçarx paylaşılıb. Videoçarxın üzərində "Bakı qəhrəmanı", "Əsl "Çelsi" əfsanəsi" kimi sözlər yazılıb. Bu, qapıçının ötən ilin bu günü "Haddersfield"dən "Çelsi"yə azad agent kimi gətirildiyi günün şərəfinə hazırlanıb. Maraqlı olan isə odur ki, 39 yaşlı qolkiper "Çelsi"nin heyətində bir oyunda belə iştirak etməyib.

Nə düşünürsən?