Azərbaycan ixracın həcmini artırır

  • 30.07.2019
  • 0

Azərbaycanin son 6 ayda qeyri-net ixracı 1 milyard dollara yaxın olub. İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin keçirdiyi mətbuat konfransında qurumun departament rəhbəri Ramil Hüseyn belə deyib.

Ötən illə müqayisədə bu ilin ilk 6 ayında qeyri-neft ixracı 15 faiz artaraq tam rəqəm ifadəsində 979 milyon dollar təşkil edib. Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısında dəyişiklik olmasa da ixrac həcmi ötən illə müqayisədə artıb.

Son 6 ayda xaricə ixrac olunan məhsulların arasında isə pomidor öz üstünlüyünü qoruyub saxlayıb.

Azərkosmosun xidmət ixracı isə son 6 ayda 18 milyon dollar təşkil edib. Ölkə iqtisadiyyatına ən çox gəlir gətirən sahələrdən biri isə turizim olub.

Son 6 ayda ölkəyə gələn turistlərin sayı isə 1.4 milyon nəfərə çatıb. Onlar Azərbaycanda yarım il ərzində600 milyon manatdan çox alış-veriş ediblər. Azexport.az portalı vasitəsilə isə 134 xarici ölkədən Azərbaycan məhsullarına 303 milyon dollar həcmində sifariş daxil olub.

Nə düşünürsən?