Ot maşınları təhlükə saçır

  • 28.07.2019
  • 0

Yük avtomobilinə özündən təxminən iki dəfə böyük ot bağlaması yığılıb.

Sürücü avtomobilin daşıyacağı yükdən iki qat artıq ot bağlaması ilə yolda hərəkət edir. Üst-üstə yığılan və hər an aşma ehtimalı olan ot bağlamaları ilə həm özünü, həm də yolda hərəkət edən digər sürücülərin də həyatını təhlükəyə atır. Xəzər Xəbərin vatsap nömrəsinə göndərilən bu görüntülər Neftçala rayonunda çəkilib.

Son vaxtlar rayonlardan paytaxta gələn yollarda bu cür görüntülərlə tez-tez rastlaşırıq. Sürücülər bu cür halların yolverilməz olduğunu deyirlər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, yol hərəkəti haqqında qanunun 57-ci maddəsinə əsasən yük avtomobilin ön və arxa qabarit işıqlarından bir metr və ya yan qabarit işıqlarından 40sm-dən yuxarı olarsa bu zaman nəqliyyat vasitəsi xüsusi iri qabaritli yük nişanı ilə təchiz edilməlidir. O bildirib ki, ot bağlamalarının avtomobillərə həddindən artıq yüklənməsi yollarda qəza hallarını qaçınılmaz edir.

Ekspert onu da qeyd edib ki, bu qabaritli otla yüklənmiş avtomobillər avtomagistrallara da çıxa bilir. Belə olan halda təhlükənin miqyası da böyüyür. Bu cür qanun pozuntusunun qarşısını almaq üçün inzibati xətalar məcəlləsinədə müvafiq maddələ var.

Amma çoxsayli faktlar göstərir ki, bu işlə məşğul olan sürücülər bir çox hallarda bu cərimələrə məhəl qoymur.

Nə düşünürsən?