Heyvan bazarında xeyli canlanma var

  • 28.07.2019
  • 0

Bərdədə heyvanların qiyməti nəzərə çarpacaq dərəcədə artıb. Buna baxmayaraq heyvan bazarında xeyli canlanma var. Satıcılar qiymətlərin biraz da yüksələcəyini bildiriblər.

Son bir neçə gündə mal-qaranın qiyməti artıb.

Görüntülər Bərdənin heyvan bazarındandır. Satıcıların sözlərinə görə, 2 həftə əvvələ nisbətən qiymətlər 15-20 faiz artıb. Bu iribuynuzlu heyvanlarda özünü daha çox büruzə verir.

Xırdabuynuzlu heyvanların da qiymətində 10-15 faiz artım var. Bu heyvanların alıcıları da xeyli artıb. Satıcılar qiymət artımını yemin bahalaşması ilə əlaqələndirirlər.

Satıcıların sözlərinə görə, son günlərdə heyvan alıcılarının sayı da xeyli artıb. Bu səbəbdən də qiymətlərin biraz da yüksələcəyi gözlənilir. Əksər təsərrüfat sahibləri də artım olacağını gözlədiyindən heyvanlarının hələ satışa çıxarmır.

Nə düşünürsən?