Azərbaycanda şok hadisə: Qonşusunun ardınca özünü güllələdi

  • 27.07.2019
  • 0

Daxili İşlər Nazirliyi (DİN) Saatlı rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?