Şahmatçımızdan tarixi nəticə

  • 30.11.2017
  • 0

FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb. Oxu.Az xəbər verir ki, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var. Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.

Nə düşünürsən?