İlham Əliyev daha bir məşhuru sevindirdi

  • 23.07.2019
  • 0

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib. 

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

Nə düşünürsən?