Ağdamda tarixi məscid bərpa edilir

  • 23.07.2019
  • 0

Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.


Xezerxeber.az-ın məlumatına görə, məscid 1907-cı ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən yaşayış evi kimi tikilib. Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə ev kimi nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.



Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.



Məscidin xarici görünüşü də dəyişdirilir və işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa edilir.


Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

Nə düşünürsən?