Uşaqları xəstədir deyə atıb qaçdılar

  • 23.07.2019
  • 0

Türkiyədə 2 aylıq körpələrini bir məscidin qarşıında qoyub qaçan ana və atanın görüntüləri nəzarət kameralarına həkk olunub.

Bizimyol.info xəbər verir ki, hadisə Adıyaman şəhərində qeydə alınıb. Yeni doğulmuş körpə bədii dillə desək həyatla mübarizəyə iki sıfır məğlubiyyətlə başlayıb.


Belə ki, kəskin böyrək yetməzliyi xəstəliyi ilə doğulan körpənin həkimlər uzun müddət yaşaya bilməyəcəyini, yaşasa da müalicə üçün böyük miqdarda vəsait tələb olunduğunu bildiriblər.


Maddi imkanları olmayan gənc valideynlər də uşağı məscidin qarşısında qoyub qaçmaqla onun dövlət hesabına müalicə olunacağına ümid ediblər. Kamera görüntüləri əsasında saxlanılan ata-ana ifadə verdikdən sonra sərbəst buraxılıb. Körpənin uşaq evinə yoxsa yenidən dar günüdə onu qoyub qaçan valideynlərinə verilib-verilməyəcəyi məlum deyil.

Nə düşünürsən?