Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır

  • 22.07.2019
  • 0

 İki gündür sosial şəbəkələrdə iki azyaşlı qızın ürəkdağlayan videomüraciəti yayılıb. 


Belə ki, azyaşlılar müraciətlərində uzun müddətdir "T hüceyrəli Kəskin Leykoz” xəstəliyindən əziyyət çəkən analarından bəhs ediblər. Onlar analarının yaşaması üçün təcili sümük iliyi əməliyyatı tələb olunduğunu, lakin maddi imkanlarının  çatmadığını bildiriblər. Uzun müddətdir uşaqlarından ayrı qalan ana isə hazırda İstanbulda "Acı Badem Altunzade” xəstəxanasında ölümlə mübarizə aparır.

Məlumata görə, "T hüceyrəli Kəskin Leykoz” xəstəliyində əziyyət çəkən Məmmədova Samirə Nürəddin qızı Kəlbəcər rayonundan məcburi köçkündür və müəllimə işləyir.

Nə düşünürsən?