Cəbhədə gərginlik

  • 21.07.2019
  • 0

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Şuraabad, Acarlı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri vəzifəsindən azad olunub.

Nazir Sahil Babayevin əmri ilə qurumun e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Elnur Məcidov işdən azad edilib. 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib.

"Report"un xəbərinə görə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Gülarə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun ailə sürücüsü olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

Sonxeber.az bildirir ki, bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Almaniyanın Müdafiə naziri Ursula Von der Leyen istefa verib.

Leyen açıqlamasında Aİ-dəki səsvermənin nəticəsindən asılı olmayaraq, sərbəst şəkildə postunu tərk edəcəyini bildirib.

"Sabah Avropa Parlamentinin etibarını qazanmaq istəyirəm. Bütün enerjimi Avropaya xidmətə sərf etmək üçün Müdafiə Nazirliyindən gedirəm. Federal ordu ilə keçirdiyim illər üçün dərin minnət duyuram", - nazir açıqlamasında qeyd edib.

Nə düşünürsən?