Komandalarımızın rəqibləri bəllidir

  • 19.07.2019
  • 0

Həndbol klublarımızın avrokuboklardakı rəqiblərinin adlarına aydınlıq gəlib.

Kişilərdən ibarət Məhsul kollektivi “Challenge Cup”da mübarizəyə 1/32 finaldan başlayacaq.

Komandamız bu mərhələdə Norveçin “Drammen” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Raundun ilk görüşləri oktyabrın 5-6-ı tarixlərində təşkil olunacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.

EHF kubokunda debüt edəcək “Azəryol” isə I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Komandamız bu mərhələdə Ukraynanın “Qaliçanka” klubu ilə üz-üzə gələcək.

İlk görüş sentyabr ayında Lvovda baş tutacaq.

Qeyd edək ki, tərəflərin qarşılıqlı razılaşması əsasında hər iki oyunun eyni şəhərdə keçirilməsi də mümkündür.

Nə düşünürsən?