Atletlərimiz “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşır

  • 19.07.2019
  • 0

Bu, bütün gücünü, qüvvəsini sərf edib yarışlara böyük əzmlə hazırlaşan yeniyetmə bir qızın - qadınlardan ibarət milli komandanın üzvü Elnurə Məmmədovanın yarışqabağı arzularıdır. Gənc idmançı deyir ki, beş ildir idmanla məşğul olsa da sanki bütün həyatını məşq zallarında keçirib. Bu gün həyatda qazandıqlarını sevdiyi peşəsinə borcludur. Bu meydanda Elnurə tək deyil. Onunla bahəm milli komandanın 5 qadın üzvü təxminən bir neçə gündən sonra Azərbaycan keçiriləcək Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək milli komandanın tərkibində yarışlara qatılacaqlar. Yeniyetmə qızlardan ibarət yığmamız Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını keçirir. Baş məşqçi Həsrət Məmmədyarov deyir ki, komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır: 

Təlim-məşq toplanışının iyulun 17-dək davam edəcəyini deyən baş məşqçi, daha sonra milli komandanın Atletlər Kəndində məskunlaşaraq yarışın başlanacağı günü gözləyəcəklərini deyir. Rəhbərlik etdiyi komandanın əhval ruhiyyəsi isə yüksək dərəcədədir:

Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində iyulun 21-dən 23-dək keçiriləcək güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. 

VOLEYBOLÇULARIMIZ AZARKEŞ DƏSTƏYİNƏ GÜVƏNİR 

Güləşçilərimizə uğurlar arzulayıb, bu dəfə yolumuzu saldıq kişi yeniyetmələrdən ibarət voleybol milli yığma komandasının təlim-məşq toplanışının keçirdiyi məkana. Artıq üçüncü aydır ki, hazırlıqlara müxtəlif zallarda davam edən komanda da qələbəyə inam yüksəkdir. Bir neçə dəfə yoldaşlıq oyunları keçirən komanda tam heyətdə yarışlara hazırdır: 

Doqquz yaşından voleybolla məşğul olmağa başlayan Mais Verdizadə deyir ki, məhz idmanın bu növünü seçmək onun öz istəyi olub. Məktəbdə oxuduğu illərdə boyu və fiziki gücü ilə həmyaşıdlarından fərqlənən atletimiz bu üstünlüyü sayəsində yolunu idman zalından salıb: 

Gününü məşq zallarında keçirən Mirəşrəf Rzazadə danışmağa meylli olmasa da deyir, rəqib komandaların güclü olmaları haqqında bəzi miflər dolaşır. Elə biz də öz oyunumuzla bu mifi  darmadağın etməyi qarşımıza məqsəd qoymuşuq:

Qeyd edək ki, Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana 50 ölkədən 4 minə yaxın idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, voleybol, həndbol, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Nə düşünürsən?