Brilliant Dadaşova əri haqqında gizlinləri açdı: 31 ildir ki, bircə dəfə də...

  • 19.07.2019
  • 0

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Akademik Teatrının direktoru Ədalət Hacıyev üçün mahnı ifa edib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat verib. O bildirib ki, mahnı həyat yoldaşına doğum günü ərmağanıdır. Artist daha sonra etiraf edib ki, həyat yoldaşı onu ötən illər ərzində bir dəfə də incitməyib.

"Ədalət müəllim bir neçə gün əvvəl doğum gününü qeyd edərkən demişdim ki, sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu mahnıda hər bir söz sənin ad gününə və sənə həsr olunur. Səni sevirəm".

Qeyd edək ki, mahının müəllifi Fərid Kazımlıdır.

Nə düşünürsən?