Elçin Quliyev yaralı əsgərin başından belə öpdü

  • 19.07.2019
  • 0

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov  yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.

General əsgərlə söhbtə edən zaman onun gələcək planları barədə soruşub. Ceyhun Bayramov isə cavab olaraq orduda xidmət etməyə davam edəcəyini bildirib. Buna görə Elçin Quliyev əsgərə “çox sağ ol” deyərək onun başından öpüb. General-polkovnik belə oğullarla qürur duyduğunu bildirib. 

Nə düşünürsən?