Sərnişinlərin nəzərinə!

  • 18.07.2019
  • 0

Paytaxtımız daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. 20-28 iyul tarixində Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı nəqliyyat əməliyyatlarını daha rahat və təhlükəsiz təşkil etmək, o cümlədən tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb. 


Mais Ağayevin sözlərinə görə açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. 


Atıq bu gündən ayın 28-dək Xəlil Rza Ulutürk küçəsinin bağlanması səbəbindən 15, 60, 62, 70 və hava limanından 28 may istiqamətinə gedən H1 saylı marşrutların hərəkət sxemində dəyişiklik edilib.


Eyni zamanda sabah yəni iyulun 19-dan Binəqədi rayonunda yerləşən İbrahimpaşa Dadaşov küçəsinin bağlanması səbəbindən 6, 88, 88 A və 202 müntəzəm marşrut xətti üzrə marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.


Əlavə olaraq veloparkda keçirilən tədbirlə əlaqədar olaraq günün müəyyən saatlarında Salyan yolu, Mikayıl Huseynov prospekti, Niyazi və Neftçi Qurbanov küçələrinin müəyyən hissələrin məhdudiyyətlər olacaq.


Bununla əlaqədar olaraq Bayıl və 20-ci sahədən gələn 5, 6, 53, 88, 120,125 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların hərəkət sxemində dəyişiklik olacaq.


Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlərin davamı olaraq qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək. Görüləcək bu tədbirlər haqqına əlavə məlumat veriləcək.

Nə düşünürsən?